Şeir · Azərbaycan
Çiçəklədi ürəyimdə məzarın,
Çiçəklədi ürəyimdə məzarın, Bir bax, gülü-bağı gəlir xoşuna?.. Başdaşına hansı günü yazdırım, Ömrün hansı çağı gəlir xoşuna..
Son döyüşün "Güllü noy" da olubdu, Qara başın qanlı toyda olubdu, Yekələnib Kəpəz boyda olubdu, Gör sinəmin dağı gəlir xoşuna?..
Qollarımın arasında saxlayım, Gir bağrımın yarasında saxlayım, Ürəyimin harasında saxlayım, Solu gəlir, sağı gəlir xoşuna?
Kəsilibdi yerdən-göydən köməyim, Qardaş olsun kəfəninə köynəyim, Səni hansı ağı üstə göynəyim.. Oğlum, hansı ağı gəlir xoşuna?
Qoy qanından ürəyimə bandırım, Dərdimizi kimə, necə, qandırım, Qarabağda diri-diri yandırım, Bax gör hansı yağı gəlir xoşuna..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/cicekledi-ureyimde-mezarin/