Şeir · Azərbaycan
Çətin olacaq oğlum ,
Çətin olacaq oğlum , sənə çətin olacaq.. Sən gözləyən işıqlar hələ çox uzaqdadır, Təbəssümlər,gülüşlər başdan-başa saxtadır.. Sənə çətin olacaq.. hələ ki, ümid azdır bahar şəfəqlərinə, bəzi şeylərə görə getmək olmur dərinə. qanad taxmağa dəymir hansısa bir arzuya, qurd ağızlı oğullar bir-bir dönüb quzuya. nə elmin, nə zəhmətin, nə işin dəyəri var, kişi bildiklərinin çöldə neçə əri var. şərin yolları heç cür çən olmur, duman olmur, bu günnən, bu ömürnən fatıya tuman olmur. sənə çətin olacaq, çətin olacaq oğlum, elə ona görə də sən də gözlərini yum.. əslində istəmirəm qəlbini qanatmağı, məncə unut bir sıra şeylərə, can atmağı.. hərənin öz ətrafı, hərənin öz tərəfi.. çoxdan yerə soxublar bu vətəndə şərəfi. vəhşi bir ehtirasla əmirlər bu vətəni, əmilər bu vətəni... bakirə duyğuların tapdalanıb qızlığı.. görürsənmi,onunçün seçmişəm yalqızlığı. qanımızla qalanır bu od, bu ocaq oğlum, sənə çətin olacaq.. çətin olacaq oğlum.. vardı o hiss, o cürət, o qüvvət, atanda da.. gərək pəncəsi üstə yatasan yatanda da.. bu söhbəti saxlayaq, gəl toxdayaq bir anlıq, görək nə vaxt çəkilir bu uğursuz qaranlıq..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/cetin-olacaq-oglum/