Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Çəkirlər adını ağız dolusu,

Ayaz Arabaçı

Çəkirlər adını ağız dolusu, Cəmiyyət içində sayıb-seçirlər. Məəttəl qalmışam düzü-doğrusu, Hətta düşməni də sənə keçirlər. Elə köhnə məkan,köhnə yerdi ki... Eynidi acının-ağrının tamı. Birdən nə dəyişdi,nə baş verdi ki, Kirli keçmişinə göz yumdu hamı. Köhnə çətinlikdi,nə var ki,asan. Hamı ürəyini aha göstərir. Bu saxta ehtiram,bu saxta ad-san, Səni olduğundan baha göstərir. Gözəl təraşlanıb saqqalın-bığın, Paltarın əynində sanki qutudur. Maşının,sarayın,norka papağın, Nə vaxtdan böyüklük atributudur. Əslində hər kəsə halaldı qanın, Bəlkə unutmusan o çağlarını.. Dolaşıb gəlibdir lotu vicdanın, Müqəddəs ziyarət ocaqlarını.. Pulla qazanılmır nə namus,nə ar, Vallah mənasızdı ha,qabağa get. Pul yğıb Məkkəyə getməyə nə var, Qeyrətin çatırsa Qarabağa get..

Saytda dərc olunub