Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Burda gülmü qalar,çiçəkmi qalar,

Ayaz Arabaçı

Burda gülmü qalar,çiçəkmi qalar, Min oyun açıblar bağın başına.. Bülbülün,turacın yerində qazdı, Daha and içirlər vağın başına.

Cəhalət əllinin yüzdə-yüzüdü.. Hər yer alçaqlığın Cıdır düzüdü, Həyat cəhənnəmin astar üzüdü, Ay ölən, sağ əlin sağın başına..

Karlar işığı da kor eşidirlər.. Xalqa can deyənlər çor eşidirlər.. Adamlar şor deyib,şor eşidirlər.. Daş düşüb qaymağın,yağın başına.

Oldu xalq şairi baqqalın biri Yedi beynimizi naqqalın biri.. Elə hər dərədə çaqqalın biri, Özünü qoyubdu dağın başına..

Gedirik ağ günə qara yamaqla, Çoxaldı ağrılar balalamaqla, Heç cürə düzəlmir malalamaqla.. Çoxdan kül olubdu ağın başına..

Saytda dərc olunub