Şeir · Azərbaycan
Büküb tütün kimi tüstülədirəm,
Büküb tütün kimi tüstülədirəm,Nə dosta deyirəm,nə yara,dərdi.İçində bir qram qatqısı yoxdur,Çatdırdım ən yüksək əyara,dərdi.
Toxdu şah öyünün toxları kimi,Yandırır cəhənnəm oxları kimi..Çevirə bilmirəm çoxları kimi,Əlimdə reklama,piara dərdi..
Hey məni axtarar,hey məni tapar,Atını qovzayıb sinəmdə çapar,Ələsgər deyir ki,İrana apar,Burda sağaltmazlar bu yara dərdi.
İçəndə,çəkəndə,azanda görmür,Boş qalan təknədə,qazanda görmür,Deyəndə eşitmir,yazanda görmür,Mən necə anladım xiyara,dərdi..
Quş kimi bir ovuc dəndə azdırır,Tanrı boş buraxır,bəndə azdırır..Kimin nə dərdi var məndə azdırır,Neynirəm bu qədər avara dərdi..
Oluram içimdə edam,eşitmir,Buluda dirənən o dam,eşitmir,İlahi bu qədər adam eşitmir,Çat verir deyəndə divara,dərdi..
Bir ahlı-fəğanlı ney gətir mənə,Sən də gəl,dərdini gey,gətir mənə,Bir də üç-dörd şüşə mey gətir mənə,Ağardım bu gecə,bu qara dərdi..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bukub-tutun-kimi-tustuledirem/