Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bu günlər bu qədər boz keçə bilməz,

Ayaz Arabaçı

Bu günlər bu qədər boz keçə bilməz, Hökmən bir yaşılı-alı gələcək.. Milçəklər cəhənnəm olub gedəcək, Arılar gətirib balı,gələcək..

Qələmim oyaqdı,yuxulu deyil, Həqiqət bənövşə qoxulu deyil, Vəziyyət elə də qorxulu deyil, Kim yala hürürsə yalı gələcək..

Yoxdu qaçaq Kərəm Robin Qud hələ, Gedib Əyridağda hava ud hələ.. Bir az şükürlüdü bu armud hələ, Bundan da çopuru-kalı gələcək..

Zaman ötüb keçir vaxt uçur tez ol, Onsuz da qaçırtdın şansını bol-bol, Yaxşı qarışdırsan o kartı bir yol, Əlinə ən gözəl xalı,gələcək..

Səxavət sarıdan İlahi təkdi, Qoysalar səadət ətək-ətəkdi, Çətini birinci uğuradəkdi, Sonra öz-özünə dalı gələcək..

Saytda dərc olunub