Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bu günəcən hər zülmə tab elədim,

Ayaz Arabaçı

Bu günəcən hər zülmə tab elədim, Baş açmadı kimə xitab elədim, 50 dəfə hesab-kitab elədim, Mənim adam olmağıma çox qalıb.

Bu bazarda çox astarlar üz çıxdı, Öyüd mənə 50 girdi,100 çıxdı. Dədə,o vaxt dediklərin düz çıxdı, Mənim adam olmağıma çox qalıb..

Əyri yolnan məqsədimə çatmadım, Mənliyimi itə-qurda satmadım. Ülgülərə,qəliblərə yatmadım, Mənim adam olmağıma çox qalıb.

Başım göydə buludlarla tütülü, Çəkib cırma aradakı bu tülü, Gülüm,mənə qayğılanma ütülü, Mənim adam olmağıma çox qalıb.

Yurdum-yuvam hər ürəkdə salınmır.. Mənim havam hər deyəndə çalınmır, Ha tərəfdən baxıramsa alınmır, Mənim adam olmağıma şox qalıb..

Saytda dərc olunub