Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Boşuna fırlanır çarxı zamanın,

Ayaz Arabaçı

Boşuna fırlanır çarxı zamanın, Xeyirə nə qaldı,şərə nə qaldı.. Çaqqallar meşəni yedi qurtardı, Pələngə,bəbirə,şirə nə qaldı...

Ömür tüstülənir könül şamında, Cinlər yuva salıb evin damında, Çimib təmizləndim rus hamamında, Ağardı bədənim kirə nə qaldı..

Razmerin neçədi ay ağa,a,xan, Bir neçə şeylər var könlümü sıxan, Bir vaxtlar Leninin çiyninə sıxan, Şalbana nə qaldı,tirə nə qaldı.

Bu qoca dünyanın işinə matam, Eşşək olmasam da yüz faiz atam.. Kökəldi günbəgün ruhani atam, Bir elə nəzirdən pirə nə qaldı..

Girdirmə matəmim-vayım başladı, Xalam yorulanda dayım başladı.. Ömürdən geriyə sayım başladı, Əllini tulladım,birə nə qaldı..

Saytda dərc olunub