Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Boylananda al günəş,

Ayaz Arabaçı

Boylananda al günəş,Öz əlvan sarayından,Oyanardım anamın kövrək, həlim səsinə.İçib beş-altı qurtum kəklikotu çayından,Qoşulardım tələsik uşaqların dəsinə.Qatıb qabağımıza otarmağa gedərdik,Otdan başqa dünyası olmayan qoyunları.Çöllərin yaxasını didik-didik edərdik,İndi bilmir uşaqlar o cürə oyunları.Başqa bir dadda idi azadlığın məstliyi,Ev yada düşmürdü ki, dağ-dərə ev olurdu.Mən o vaxtdan sevirdim bu mənfur sərbəstliyi,Məktəblər bağlananda kef üstə kef olurdu.Vururduq özümüzü qalın meşəliklərə,Necə ötüb keçirdi, bilmirdik ki, saatlar.Çıxıb qan uddururdıq yoxuşlara, diklərə,Altımızda oynağan, dəli, fınxıran atlar..Çəkiləndə astaca sübhün alatoranı,Gecə yarısınadək macəralar bitdi nə..Eh, onda hamımızın elə coşurdu qanı,Qoysalar lap gedərdik, hətta cənub qütbünə.Titrəyəndə soyuqdan ayağı yaş, başı yaş,Köhnə qır-qırıntıdan bir ocaq qalayardıq.Albalı ağacının qucub köksünü birbaş,Dadlı yapışqanları bal kimi yalayardıq.Yanımızca qaçardı balaca itlərimiz,Gizlənpaç oynardılar, dombalaq aşardılar.Götürərdi başına meşəni fitlərimiz,Ətrafda canavarlar gəzib, dolaşardılar.Doldurardıq atardıq spişkatüfəngini,Qoyunları qorxudan vahimə azalardı.Göylər gündə yüz dəfə dəyişərdi rəngini,Küləklər həzin-həzin rübabını çalardı.Sonra qovub sürünü üzü dağlara sarı,Qatı boz dumanların sinəsini yarardıq.Xışmalayıb yeyərdik quzeydə yatmış qarı,Qaya oyuqlarında quş yuvası arardıq.Bir də ayılardıq ki, qoyun-zad yaddan çıxıb,Başımız qarışanda itib dumanda-çəndə.Günahı ən balaca uşağın üstə yıxıb,Qorxa-qorxa dönərdik yol alıb üzü kəndə.Beş on addım getməmiş çəkilərdi çən çisək,Sürü özü çıxardı qəfildən qarşımıza.Ürəyimiz gülərdi yenidən çiçək-çiçək,Ağlımızı təzədən yığardıq başımıza..Ağacların köksünə hərə bir hərf yazardı,Bir qız adı tutardı hərə fikrində bir qız..Ona görə yazdım ki, bu misranı sözardı,Bir ayrı aləm idi bizim uşaqlığımız.Köynəyimiz bambazı, saçlarımız pırtlaşıq,Şalvarımız bərkgedən,"trapesi",genbalaq.Həyatın ləzzətindən udardıq qaşıq-qaşıq,Cibimizdə siqaret kötükləri bir qalaq.Biz elə bir məkanda göz açmışdıq həyata,Başqa yerdə doğulsaq bəlkə xülya olardı.Səhər obaşdan durub minib dəli bir ata,Bizim kimi başqa kim tərki-dünya olardı..Sıralanır yadımda əhvalatlar ardıcıl,Elə bil heç ötməyib üstündən aylar, illər.Əyirməyib elə bil, sanki heç gözümdə qıl,Süpürüb aparmayıb o günləri fəsillər.İndi xatirələrdən boylanır sarı-sarı,Qızlara yazdığımız məhəbbət məktubları..Yorulub sərilərdik yamyaşıl təpələrdə,Qaraçı taborutək köçümüzü salardıq.Gözümüzə enərdi qəfil bir qara pərdə,Yerimizdə daş kimi yuxulayıb qalardıq.Balaca çantamızda yumurta, pendir-çörək.Bir də ayılardıq ki, qoyunlar basıb yeyib.. Heç nə..indi nənələr bizə nə verir, görək,Enərdik binələrə, durub ya Allah deyib..

(Davamı olacaq)

Saytda dərc olunub