Şeir · Azərbaycan
Boğazımı bir udum,siqarla yaşlayıram.
Boğazımı bir udum,siqarla yaşlayıram.Sözümü sənnən açıb,səninlə başlayıram.Allahı çağırıram,şeytanı daşlayıram.Bəzən olur özümdən-özümü dışlayıram.Sinəmi torpaq kimi,eşirəm,xışlayıram.Hamıya hirslənəndə,səndə yavaşlayıram.Hər gün səni öyürəm,səni alqışlayıram.Mənim əsgər qardaşım,baş əyirəm önündə-Əyirəm önündə baş.Savaş indi başlayır-İndi başlayır savaş.
Nicat qana-qandadır,nicat kinə-kindədir.Böyüyüb sıraların,gör neçə yüz mindədir.Quzğunlar qaynaşsa da.durnalar səfindədir.Sənin qeyrət kitabın,könlümün rəfindədir.Sülh deyib bağıranlar,hamısı kefindədir.Qoru,bəbəyin kimi,nə ki,şərəfindədir.Bu gün Tanrı özü də,sənin tərəfindədir.Xocalının hələ də,yanır gözlərində yaş.Savaş indi başlayır-İndi başlayır savaş.
Nöqtə qoy nağıllara,inanmaq vərdişinə.Çox taxıldı bağrımız,xəyanətin şişinə.Dəvə boyda ölkələr,susdular haqq işinə.Vurdun bu imtahanda,çoxlarını dişinə.Qurban olum o məğrur,o amir yerişinə.Dola bu məlunların,boynunu kirişinə.Onsuz da çaş-baş qalıb,qalıbdı yağı,çaş-baş..Savaş indi başlayır-İndi başlayır savaş.
Uca bayrağındadı,gəzdiyimiz mənalar.Artıq dərk eləyibdir,bunu işi fənalar.Səninkidir dualar-səninkidir sənalar.Kəlbəcərə-Laçına,zəfər gəmin yan alar.Oğul dərdə qapılmaz,oğul qana-qan alar.Burda arxa cəbhədəyuxu yatmır analar.Ürəyində həyəcan,gözündə sonsuz təlaş.Savaş indi başlayır-İndi başlayır savaş.
Qollarında can verib,neçə-neçə qardaşın.Şahdağından ucadı,məğrur əyilməz başın.Çatılmadı bir kərə,ağır günümdə qaşın.Baxma çiçək yaşıdı-fidan yaşıdı,yaşın.Bir aslan savaşıdı,bu gün sənin savaşın.Səndən başqa kimi var,bu torpağın-bu daşın..Dənlə hey alçaqları,bir ucdan yavaş-yavaş,Savaş indi başlayır-İndi başlayır savaş..
Qayaların köksünə,basılsın qızıl izin.Təkcə Qarabağ deyil,ünvanı sevgimizin.Gözünü yolda qoyma,Savalanın,Təbrizin.Önündə sərsəmləri,süründür dizin-dizin.Qana-qan vaxtı gəlib,nə göstəriş-nə izn,Qeyrətinə güvənir,Vətən hər birinizin..Yeri gəlsə daş elə.elə,ürəyini daş.Savaş indi başlayır-İndi başlayır savaş!!!
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bogazimi-bir-udum-siqarla-yaslayiram/