Şeir · Azərbaycan
Biri var...
Biri var... Gələ bilmir mətləb üstə, Qıraqlarda çabalayır. Min manatlıq çəkmə geyir, Çarıqlarda çabalayır. Başındakı üç-dörd teli, Daraqlarda çabalayır. Burnunu hər yerə soxur, Maraqlarda çabalayır. Cəsarəti qına girib, Yaraqlarda çabalayır. Xəngəllərdə,pitilərdə, Araqlarda çabalayır. Söyür ilham pərisini, Varaqlarda çabalayır..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/biri-var/