Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bir zamanlar milyonçular şəhərdə,

Ayaz Arabaçı

Bir zamanlar milyonçular şəhərdə,Qol qoymuşdu çox görəvə, oxşayın.Aranızda xeyirxahlar çox azdı,Əlinizdə var girəvə, oxşayın..

Nəfəssizə nəfəs verin bir udum,Yetim-yesir itirməsin umudun,Demirəm ki, özünüzü unudun,Orda burda baxın kefə.. oxşayın.

Zaman keçir qovuşduqca il-ilə,Qəhrəmanlıq hamıda var dil ilə,Qudurtmayın "manıs" ları pul ilə,Yaxşı adla düşün KİV-ə, oxşayın.

Təhsil verin beş uşağa kənarda,Deməyin ki, siz hardasız, mən harda..Szin olsun o restoran, o bar da,Sizin olsun kafe - mafe, oxşayın.

Bir park salın bir gül əkin, şam tikin,Demirəm ki, Ural qurun, BAM tikin,Qeyrət edin bir kasıba dam tikin.Qanad verin bir qrevə, oxşayın.

Qoy bir az da qara rəngdən, ağ alsın,Zirvəsinə çıxmaq üçün dağ alsınBir xəstəyə dərman alın sağalsın,Bir qazini sevə-sevə oxşayın.

Bu vətənin öz adısız hamınız,Əli, qolu, qanadısız hamınız,Bu torpağın övladısız hamınız,Doğma yurda, isti evə oxşayın.

Sanmayın ki, yığdığınız qalacaq,Biri tutub əlinizdən alacaq,Tamah sizi yaman günə salacaq,Ləyaqətdi əsas nüvə, oxşayın.

Yaxşı imza heç bir zaman batmaz ha,Məndən keçdi, məsləhətim çatmasa,Əgər sözüm könlünüzə yatmasa,Eybi yoxdu, gedin divə oxşayın.

Milyon-milyon, milyard-milyard artırın,İstəməyən kor olsun lap, artırın,Pulunuzu adamlığa yatırın,Çox görmüşük, yeyib güvə, oxşayın.

Əlli yerdə cükküldəşir "fərə" niz,Əlli yerdə dəniziniz, bərəniz,Heç olmasa onca faiz hərəniz,Zeynalabdin Tağıyevə oxşayın.

Saytda dərc olunub