Şeir · Azərbaycan
Bir uzun gecənin dərinliyində,
Bir uzun gecənin dərinliyində,Səsinlə bir nəğmə oxunur mənə.Axıra çatmamış ritmi pozulur,Sözləri tikantək toxunur mənə.Adınla çalxanan ömür dənizin,Yuyur sahilini göz yaşı səssiz.Dünyanın ən gözəl pəncərəsindən,Aldığım nəfəs də heç nədi sənsiz.Sürünüb getməkdən xatirələrə,Ürəyim sinəmdə qabar-qabardı.Tanrı bu dünyaya təzədən səni.Bir də xəlq eləyə bilsə nə vardı.Gör ki, içimdəki bu tufan nədi,Ağzını hər yandan döndərim sənə..İstəsən bir axşam ayaqlarımı,Qoyub bir məktuba göndərim sənə.Qalmışam hər yandan müdafiəsiz,Kəsdirib üstümü qəm qoşun kimi.Uzada bilmirəm telefonuma,Əllərim cibimdə qurğuşun kimi.Qanı pərvanədən,canı alovdan,Elə o nəğmədi,elə o,həmin..Vurursan iynətək damarlarına,Üzündən xəstəlik yağan gecəmin.Mən sənə gəl dedim qucaqdolusu,Adam da bu qədər tərəddüd eylər.?Yazığın gəlmirmi telefonuna,Səhərdən-axşama düüüd-düd eylər.Mən ki,nağıllarda olmamışam heç,Səni də div kimi saçından asam.Yaram ona görə çox qanayır ki,Saçından üç qönçə üstünə basam.Sinərmi canıma bu uzun gecə,Bu bal xatirəni özüm tək yesəm.Məni kür uşağa döndərən gözəl,Dönüb gələrsənmi, qayıt gəl desəm..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bir-uzun-gecenin-derinliyinde/