Şeir · Azərbaycan
Bir uşaq ağlayırdı
Bir uşaq ağlayırdı bazara gedən yolun ağzında. məsciddən yüksələn azan səsinə qarışmışdı səsi. Ətraf tikanlı sözlərlə doluydu. hərdən bir boz sərçə əlindəki çörək qırığını dimdikləyirdi. Bu iki səsin içində itmişdi Allah.. bir küçə iti qaçırdı bazar yolu ilə bu iki səsdən canını qurtarmaq üçün. məktəb yaşına çatmamış uşağı ovutmaq istəyirdi əlindəki boş zənbili yüyrək kimi yelləyən övlad həsrətli bir qadın...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bir-usaq-aglayirdi/