Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bir uşağı işə düzəltməyə kömək edin

Ayaz Arabaçı

Bir uşağı işə düzəltməyə kömək edin deyə ağız açdım, millət deyə-deyə yaxasını yırtan neçəsinə. Biri imkanlı iş adamı, biri partiya sədri, biri bank müdiri, biri millət vəkili, biri universitet rektoru… Belə ki, üfunətləri bürüyüb İllərd ki, hər sektoru… Sözləri millət, vicdan, vətən.. İçləri pul, pul, pul.. Zahirən ağa, daxilən qul, qul, qul. Kresloları uca, ürəkləri dar, Ləyaqətləri axsaq, vicdanları kar.. Biri dedi: yer yoxdur, biri dedi: sabah baxarıq, -biri dedi filankəsə deyərəm.. Biri dedi "Sivi" sini göndər.. Uşağa ümid verirdim, darıxma, düzələcək. Bəs nə eşşək boyda vəzifələri var, Bu boyda adamlardan biri kara gələcək. O da baxırdı sakitcə gözündə nə üsyan vardı, nə də nifrət sadəcə bir tikə halal çörəyin utancaq ümidiydi baxışlarında. Heç birinin ürəyində bir qarış yer tapılmadı bir kasıb uşağın taleyinə. O ki, yağlı yerdə oturub millətdən danışıb ədalətdən danışıb yaxasını cıranlar var ha... Heç biri bir zibil deyil.. İstər millət vəkili olsun, istər şair, istərsə də biznesmen.. Onların hamısı mənimçün birdi-pizdesmen! Bir işsiz, köməksiz uşağın əlindən tutmaq vaxtı gələndə hamı birdən-birə çox məşğul olur. Telefonlar susur, gözlər yayınır, sözlər dəyişir.. Bir vaxt deyərdilər: “Bir uşağın taleyini dəyişmək dünyanın taleyini dəyişməkdir.” Amma indi bir uşağın taleyi bir qapının arxasında qalıb. O qapıların üstündə isə böyük lövhələr yazılıb: “direktor”, “rektor”, “ sədr”, “şef" Amma içəridə ən kasıb şey vicdandır. Ən ağır işsizlik ürəyi işləməyən adamlardadır. Çünki bir xalqın gələcəyini banklar yox, partiyalar yox, imkanlı adamların sərvəti yox bir kasıb uşağın ümidini qoruyan insanlar qurur. Əgər o ümid sönərsə, bütün bu binalar, bütün bu kreslolar, bütün bu titullar sadəcə mal təzəyidir.. Çoxdu kürsüdən millət deyənlər, Amma donuz kimi millətin haqqını yeyənlər. Onlar üçün ölkə sadəcə böyük bir ailə biznesidir.. Ləyaqət artıq köhnə modeldir. İndi bazarda daha yaxşı məhsullar var: yalançılıq, yaltaqlıq, şərəfsizlik, vicdansızlıq. Siz o məhsulların ən böyük satıcılarısınız. Ay kreslo qəhrəmanları… Ay qalstuklu uyuqlar… Ay tituldan ibarətlər Sizin böyüklüyünüz kabinetlərinizin kvadrat metri qədərdir. Ürəyiniz tülkü ürəyi boydadır. İyrəndirirsiniz adamı, Bu vətənin torpağından, daşından.. Tüpürüm sizin hamınıza ən hündür ağac başından!

Saytda dərc olunub