Şeir · Azərbaycan
bir şeir də
bir şeir də başından elədi məni.. bir vərəqin də canı qurtardı duyğularımın dəm-dəsgahından. bu axşam da sağ çıxdım öldürdüyüm gülüşlərin ahından. cidd-cəhdlə çalışdım əvvəlki kimi xəyallara qapılmamağa. söz verdim uzun müddət gözlərinin axtara biləcəyi yerlərdə tapılmamağa. bir şeir də başından elədi məni, bir küçə fənərinin dibində. bir şeir də başından elədi məni, getdi fit çala-çala əlləri cibində. qələmi yerə qoydum, bir şeiri də mən başımdan elədim. ürəyimi qanına bələdim.. başımdan elədim bir şeiri.. yazmadım.. yazsaydım çiçəklərin şəbnəmi olacaqdı, sən dəniz olacaqdın, o gəmi olacaqdı.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bir-seir-de/