Şeir · Azərbaycan
Bir gözümüz Arazdı,
Bir gözümüz Arazdı, Bir gözümüz Dəli Kür. İnsantək olmasa da, Yaşayırıq çox şükür..
Bölünmüşük min yerə, Hər yana bir iz çıxır. Döyüb təpikləyirlər, Soyuqdəyməmiz çıxır.
Fikir, qüssə, kədər, qəm, Yuxumuzu öldürüb. Yeddibaşlı əjdaha, Ruhumuzu öldürüb.
Pul-para yoxdu deyə, Heç nəyi bol tapmırıq. Şeytan tanrı olandan, Tanrıya yol tapmırıq..
İtisadi durum bu- Dörd divar bir tavanıq. İt də iştaha gəlməz, Görsə bizi, yavanıq.
Hər nə var görüntüdü, Bəzəkdən ibarətdi. O "bahalı" adamlar, Təzəkdən ibarətdi..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bir-gozumuz-arazdi/