Şeir · Azərbaycan
Bəzən
Bəzən qaçmaq istəyirsən hamıdan qaçmaq istəyirsən hər şeydən- Ağrılardan,təsəllilərdən, nəvazişlərdən.. Qaçmaq istəyirsən yarımçıq qalan bütün işlərdən. Qaçmaq istəyirsən bir sobadan canını qurtarmaq istəyən tüstü kimi. Yıxmaq istəyirsən özünü hər yerdən Vladimir İliçin büstü kimi. Qaçmaq istəyirsən hətta, gözlərini yerə dikib susan o qızdan. Ayaqlarını bir-biinin üstünə aşırıb içində oturan payızdan. Qaçmaq istəyirsən .. Başında elə qarışır ki,fikirlər, Gözündə elə qarışır ki,rənglər. yorur səni dəvətlər,yorur səni zənglər. Qaçmaq istəyirsən küləklərə qoşulub, Ürəyinin qanına susayırsan. Qaçmaq istəyirsən və yerində sayırsan. Bu qaçmaq təkcə qaçmaq deyil, ruhundan belə,uzaqlaşmaqdı.. Hər şeyini güzəştə getdiyin həyatdan yalquzaqlaşmaqdı..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bezen/