Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bəlkə də gərəkmiş bu savaş bizə,

Ayaz Arabaçı

Bəlkə də gərəkmiş bu savaş bizə, Hamı bir-biriylə canhacan olsun. Bayrağım ucaldı Xudafərində, Daha bundan gözəl hansı an olsun..

İgiddən-igidik, ərdən-ərik ki.. Biz bu haqq işində zəfərbərik ki!!! Onunçün bu qədər səfərbərik ki.. Sonu bu zülmətin qızıl dan olsun..

Hər oğul savaşda bir paşa, bir xan.. Vidadi,Ələsgər, Ərəstun, Orxan.. Namərddi bir qaşıq qanından qorxan.. Təki bu vətənə qurban can olsun..

Heç kim üzülməsin, qəm anı deyil, Könlümüz mərsiyə kamanı deyil, Göyərçin uçurtmaq zamanı deyil, Bu gün gərəkdi ki, qana-qan olsun..

İtirmə ey əsgər qızıl vaxtını, Düşmənin başına çevir taxtını, Dağıt tifaqını,vur paytaxtını, Bərdənin qisası Yerevan olsun..

Saytda dərc olunub