Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bəlkə bir-bir arxivlərə baş vuraq,

Ayaz Arabaçı

Bəlkə bir-bir arxivlərə baş vuraq, Neçə-neçə yaramızı qaldıraq. Umumuzu-küsümüzü tullayaq, Ağımızı-qaramızı qaldıraq..

Güc veririk,qolda-dizdə alınmır... Yıxılırıq yolda-izdə,alınmır, Yox qardaşım,birlik bizdə alınmır, Gəl,divarnan aramızı qaldıraq..

Yaman əldən yaman günə qaldıq ki.. Bircə hovur nə vaxt nəfəs aldıq ki.. Adamlığı pillə-pilə saldıq ki, Pulumuzu-paramızı qaldıraq..

Pir oldumu yapışmadıq pir kimi, Uzanmışıq içimizdə tir kimi, Hayqırmağı bacarmadıq şir kimi.. Ki,bircə yol nərəmizi qaldıraq..

Ötüb keçdi min illəri yaşımız, Ulduzlara süd yoludu qaşımız.. Qarabağda əyilibsə başımız, Evimizdə haramızı qaldıraq..

Saytda dərc olunub