Şeir · Azərbaycan
Bəlkə Allahlığı alıb boynuna.
Bəlkə Allahlığı alıb boynuna. Məni sən öldürüb,sən dirildəsən.. Gör necə dəyişib adam elədin, Mənimtək vəhşini bircə ildə sən.
Durmusan bir eşqin şah əsəritək.. Gəlirsən -gedirsən əcəl təritək.. Sağ ol ki,var ol ki,bəzləritək, Girmədin heç zaman cilddən-cildə sən..
Araya qəfildən uzaqlıq düşüb.. Könlümə bir miqdar uşaqlıq düşüb, Noolsun əlinə bu şahlıq düşüb.. Ötmə ayrılığı belə zildə,sən..
Gücüm dövrəndəki qoşuna gediir.. Könlümü incitmək xoşuna gedir.. Nə yazsam,nə desəm boşuna gedir, Hansı əlifbada,hansı dildəsən..
Gəzirsən beləcə əli "naqan"da.. Fırtına qopardır bu qan o qanda, Niyə tapılmırsan öz xarabanda, Nə vaxt zəng eləsəm anangildəsən.
Ruhum əllərindən əppək istəyir.. Könlüm şar misalı köpmək istəyir.. Adam gecə-gündüz öpmək istəyir, Nə gözəl düşübsən bu şəkildə sən.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/belke-allahligi-alib-boynuna/