Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Baxışların ürəyimə süzülüb,

Ayaz Arabaçı

Baxışların ürəyimə süzülüb, Köz üstündən-köz əmələ gətirir.. Ömrüm-günüm,aramızda bircə hərf, Bir kitablıq söz əmələ gətirir..

Azalmasın xəracların-bacların, Gözü doysun,könlü doysun acların, Qucağıma dağılanda saçların, Qollarımdan saz əmələ gətirir.

İşığını səndən aldı-payladı, Sənin işin Günəşlədi,Ayladı.. Ayaqların yeriyəndə layladı, Yerişlərin naz əmələ gətirir..

Bu sevgidən xəbəri yox ellərin, Ürəyindən qopub gəldin illərin, Əllərimdə qaranquşdu əllərin, Gülüşlərin yaz əmələ gətirir..

Gəlib döydün bu qapını nə deyə.. Ay bənzərsiz,ay ziqiymət hədiyyə, Sənin kimi bir gözəli təbiət, Az yaradır,az əmələ gətirir.

Saytda dərc olunub