Şeir · Azərbaycan
Baxışlarından bənövşə ətri yayılan
Baxışlarından bənövşə ətri yayılanbir qız vardı.Nəfəsim kəsilərdi gözündəki çiçəklərdən.Göz yaşlarından paslanmış məktublarınıoxuyuram hərdən...Dəyişərdi heç nədən həm balıydı-həm arıydı.Könlümdəki sarayların memarıydı.Fikrimdə ancaq oydu,beynimə girməzdi mühazirələr,seminarlar..Deyərdim cəhənnəm,Əlli manat verərəm imtahanda ölü bir üçə.Bütün günü dalınca sürünərdim küçə-küçə.Müdhiş sözlər pıçıldayardıtəzə qabaran sinəsi,sünbül saçı..Yolların baş qəhrəmanıydı ayaqları.Bəzən arxasınca o qədər donub qalırdım ki,Bir gün sətəlcəm olacaqsan deyirdidostum Faiq.Döşənirdim kağıza-qələmə amma,bir şey yaza bilmirdim ona layiq..Ona yazdığım şeirlərdəayaqları bir-birinə dolaşırdı misraların.Baxışlarından bənövşə ətri yayılan bir qız vardı..Könlümdə hələ də bahardı..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/baxislarindan-benovse-etri-yayilan/