Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Ayaqlar altında tapdaq olmuşuq,

Ayaz Arabaçı

Ayaqlar altında tapdaq olmuşuq, Başa çıxartmışıq hər cənabları. İtirib başını dəyirmançılar, Tərsinə fırlanır pər cənabları.

Bizimki mahnıdan, şeirdən keçib, Dağları-düzləri seyirdən keçib. Xeyri allah kəsib, xeyirdən keçib, Əyləşib məqamda şər cənabları.

Asılıb qalmışıq bir tükə,bax-bax, Hər addım həyəcan,təhlükə,bax-bax, O bizik dözürük,hər yükə bax-bax, Dözməz heç,ən yekə nər cənabları.

Sayım bircə-bircə,bil də,üşən də... Vətən,bir ləkəyik könül şüşəndə.. Səndən şirin-şirin söhbət düşəndə, Basır üzümüzü tər cənabları.

Gözünə illərin dumanı çöksün, Köksünü qarğalar-quzğunlar söksün, Başına haranın külünü töksün, İgid cənabları, ər cənabları.

Göy boyda günahıq, yer boyda eyib, Bir div hamımızın haqqını yeyib. Cütləyib atırıq bəxtə-bəxt deyib, Düşür yek üzünə zər cənabları.

Saytda dərc olunub