Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Ayaqlarım boğulur yollarda,

Ayaz Arabaçı

Ayaqlarım boğulur yollarda, Getməyə bir xilas bucağı yox... Mən hara yıxılım ana,yolların qucağı yox. Adama rəhm eləmir,burda çınqıllar daşlar... Hər addımda könlümün qanlı fəryadı başlar. Bu yollar arzu-arzu,bu yollar ilan-ilan. Yoxdu yox,daha məndə,həyat eşqi-zad,filan. Gör nə qədər gündüzü gecələrə çevirdim. Tanrı yalandan deyir,hamınızı sevirdim... Yollar yaş yarpaqların, Arzu xəzəlliyidi. Həyat mənimçün ancaq şəkil gözəlliyidi. Təpələr düzənlərin gömgöy qançırlarıdı. Yağışlar şimşəklərin sulu qamçılarıdı. İstədim çıxıb gedəm,yollar şütüyürdülər, Maşınlar durmuşdular. Onlara da qocalmış şüarlar vurmuşdular. Baxdım susdum və keçdim. Məni inandırmasın daha heç nəyə heç kim. Dilimdə qabar oldu,bu susqunluq,bu lallıq. Özünü günə verir saatlarla uzanıb Yaşadığım krallıq. Hansı yolçunu keçmək,hansı yolçuya çatmaq?.. Keçmişi xatırlamaq,gələcəyi unutmaq...

Saytda dərc olunub