Şeir · Azərbaycan
Aldanıram hər kəsə axmaq kimi..
Aldanıram hər kəsə axmaq kimi..Mən dözə bilməm bu qədər dağ kimi..Ağ səkiyə yaymalanır yağ kimi,Yanmışın ağ baldırı şortdan baxır..
Yer üzünə hansı qanaddan düşüb,Dadlıdı çox,bal dəxi daddan düşüb,Pərqulanır ilhamım atdan düşüb,Qız deyil e,quş südü tortdan baxır..
Batdı günəş yağdı bulud,daşdı sel,Kişnədi köhlən kimi bir boş qazel,Fərqinə vardınmı sən heç,madmazel,Xəzri dönüb sahilə "nord"dan baxır.
Xətti pozulmuş nizamın ziddidən,Canlanıb ey hər şeyimiz ciddidən,Gör necə də Əlibala "nol yeddi"dən,Gör necə də Ağabala "ford"dan baxır..
Əl ataram üstümə çaydan dönər,Xatirələr hər gecə vaydan dönər..İndi gedib bir neçə aydan dönər.Ayrılığın yelkəni portdan baxır..
Xeyri nədi boş qafaya çaxmanın,Ləzzəti yoxdur o çürük yaxmanın,Güc-bəla baş soxduğumuz daxmanın,Pəcərəsindən qoca xortdan baxır.
Vur-tutumuz- beş kilo ət,beş kəmik..Olmaz ayıldan bizi heç,ta dəmik..Biz ha bağırsaq da ki,bəs adəmik,Tale bizə üçüncü "sort"dan baxır..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/aldaniram-her-kese-axmaq-kimi/