Şeir · Azərbaycan
Ad tapa bilmirəm bu qısqanclığa,
Ad tapa bilmirəm bu qısqanclığa, Yediyim-içdiyim zəhərə dönüb. Bir dənə salamat küçəsi yoxdu, Ürəyim xaraba şəhərə dönüb.
Odlu silah kimi susmayır dilin, Yüz yerə,min yerə cəbhələnirsən. Söndürüb atıram telefonumu, Onda da başqa cür şübhələnirsən.
Qaçıb istiliyi evin -eşiyin, Sən məni özgənin,yadın bilirsən. Köhnə,it ürpənən kitabçamdakı, Kişi adlarını qadın bilirsən.
Guya işim-gücüm feysbukdakı, Türfə gözəlləri tilovlamaqdır.. Fikrin tək özünə bağlamaq deyil, Ruhumu at kimi cilovlamaqdır.
Burax bu söhbətin başını getsin, Mənəmi,onamı,kimə yanırsan... Elə ki,balaca sığal verirəm, Dən düşən saçıma havalanırsan..
Ən həssas yerimdən çəkib vurubsan. Qanım şəlalətək sinəmnən daşır. Başımın ətini yeyib durubsan, Şerini xanımlar niyə paylaşır...
Bircə söz bilirsən tutuquşutək, Bezdim bu tövründən,bu hallarından. Adam balasısan,bəsdi də əl çək, Məzmunu şübhəli suallarindan...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ad-tapa-bilmirem-bu-qisqancliga/