Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Zəfərini gözlərimə təpirəm,

Ayaz Arabaçı

Zəfərini gözlərimə təpirəm,Bir ümmansan dalğalanan, köpürən..Tətik sıxan barmağından öpürəm,Azərbaycan əsgəri..

Dəyişmisən səmalarda rəngi sən,Həmin günü məhv olaram, səngisən..Sona qədər udmalısan cəngi, sən,Azərbaycan əsgəri..

Məlul qoyma könlü gülmüş bu şadı,Hər zəfərin, hər qələbən nuşadı,Üç həmləyə, beş həmləyə Şuşadı,Azərbaycan əsgəri..

Ürəyimdə alov tutan şəminsən,Ulu yurdu yaşatmağa zəminsən,Hansı beldən gəldiyindən əminsən,Azərbaycan əsgəri..

Uca sözdən, uca addan gəlirəm,Silahlanıb üstdən-altdan gəlirəm,Keçdim hərbi qeydiyyatdan, gəlirəm,Azərbaycan əsgəri..

Saytda dərc olunub