Şeir · Azərbaycan
Yuxum qaçıb yenə də,
Yuxum qaçıb yenə də, Gecənin br yarısı. Rahatlıq vermir mənə, Fikir-eşşəkarısı.. Sönüb ürəyimdəki, Son istəyin közü də. Yorulub işləməkdən, Saat yatıb özü də. Bulud-bulud dağılıb, Gecənin ağ saçları. Susub yol üstündəki, Qoca şam ağacları. Keçirəm əzgin-əzgin, Hər tini,hər dalanı. Yoluma işıq salır, Ayın solğun yalanı. Pozur bir yaralı quş, Aradabir sükutu. Bu da bu gün çəkdiyim, Son siqarın tabutu. Baş götürüb bu saat, İtərdim ilim-ilim.. Bu az-maz ömür üçün, Dəyərmi eh nə bilim.. Axıb gedir gözlərim, Bir yüyənsiz axında.. Elə ümidsizəm ki, Ehey..kim var yaxında...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/yuxum-qacib-yene-de/