Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Yüklənib canımıza illərin yorğunluğu,

Ayaz Arabaçı

Yüklənib canımıza illərin yorğunluğu,Nə eşqdən söz salırıq,nə yardan danışırıq..Keçib arxa plana şirin-şəkər mövzular,Ürəkdən gileylənib,"ciyar"dan danışırıq..

Etdi bir-birimizə nifrətimiz təşəkkül,Hərədə bir fəxri ad,hərədə bir təşəkkür..Oturub başımızda ibtidai təfəkkür,Koroğludan,Həmzədən,Niyardan danışırıq.

Mən nə vaxt ki susuram heç kim diqqətli olmur..Ayda-ildə bir kərə şorbamız ətli olmur..Söhbətimiz sən deyən çox da ləzzətli olmur..Ömürdən danışanda biyardan danışırıq..

Əlçatmaz xəyalları süzmə bir də badəmə,Allahın ver günündə göz yaşı var matəmə,Kimi gəldi söyürük ta Adəmdən Xatəmə..Elə hər kluarda piardan danışırıq..

Oyan,a canlı xilqət,səhər açılıb,ayıl..Köhnə xatirələri yuyur dənizdə Bayıl...Bizim də brendimiz budu də ay,İsmayıl,Hələ ki,balqabaqdan,xiyardan danışırıq..

Şuşa,laçın,Kəlbəcər.. sağalmır heç bir zədə..Biz də köçhaköçdəyik,bitir vaxt,bitir vədə..Bilirsənmi ürəyim niyə ağrıyır dədə,Azərbaycan deyilən diyardan danışırıq.

Saytda dərc olunub