Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Yola çıxdım saat beşi adlamış,

Ayaz Arabaçı

Yola çıxdım saat beşi adlamış,Haylı-küylü şəhər qaldı geridə.Neçə şirin,neçə gizli aldanış,Neçə acı,zəhər qaldı geridə..

Bu səfərim bir ömürlük həzzədi,Könlüm yanlış duyğuları anmamış..Başqa cürdü yol getməyin ləzzəti,Günəş göydə çartaçartla yanmamış.

Yuvarlanır ayın solğun kötüyü,Yavaş-yavaş yoxa çıxır qaramat.Sağ tərəfdə iki maşın şütüyür.Elə bil ki,iki yorğa kürən at.

Barışıbdı çiynimdəki mələklər,Duyğuları bir-biriə calayır.Pəncərədən dil uzadan küləklər,Nəvazişlə saçlarımı yalayır..

Dövrə vurur iki körpə dolaşa,Başım üstə həyəcanlı nəzərlə..Haçan çatar,nə vaxt çatar yol başa,Doldurmuşam gözlərimi Xəzərlə..

Nə arzudu,nə istəkdi bilmirəm.Gedib-gedib uzaqlarda yox olmaq..Güllə kimi qəfil uçub ömürdən,Bapbalaca uşaqlarda yox olmaq..

Könlümdəki qızıl balıq pullayıb,Milyonillik itiyimi tapıram..Ürəyimin köhnəsini tullayıb,Təzəsini yoğururam-yapıram..

Gül qoxusu bürüyübdü səmanı,Ballanıbdı arıların pətəyi.Dolamışam qollarıma dumanı,Əlimdədi zirvələrin ətəyi.

Gözlərində dan yerinin şöləsi,Bir ov gəlir,yayxanmışam bərəyə..Şimşəklərin,buludların köləsi-Dəli bir çay baş endirir dərəyə..

Saytda dərc olunub