Şeir · Azərbaycan
Yarıb keçər dan kimi,
Yarıb keçər dan kimi, qara qaranlıqları, Keçər sərhəd boyunca keçər,qanlı şırımtək. Bürüyər göy üzünü üçrəngli bayraqları, Düşər düşmən başına göylərdən ildırımtək. Ağırdı,çox ağırdı daşı,bu məmləkətin. Hər yetənə əyilməz,başı bu məmləkətin.
Bir torpaqdan güc aldıq, bir atadan kökləriz, Biz günəş övladıyıq,həp günəşi bəkləriz, Sinəmizdə azadlıq eşqini körükləriz, İçində yurd sevgisi,dağ boyda ürəkləriz, Dünəndən başlamır ki,yaşı bu məmləkətin, Hər yetənə əyilməz başı bu bu məmləkətin.
İllərlə can qoyduq ki, od olsun-ocaq olsun, Qollarımız açılsın,dolu bir qucaq olsun, Əhvalımız kök olsun,damağımız çağ olsun, Vətən yaratmadıq ki,onun-bunun əlində, Oyun-oyuncaq olsun.. Dəyərini bilməsin naşı bu məmləkətin.. Hər yetənə əyilməz başı bu məmləkətin..
Qorxutmasın qoy bizi qara şimal yelləri, Məni eşidirmisiz,siz ey Oğuz elləri, Tökək xain gözləri,kəsək oğru əlləri, Yaşadaq babalardan qalan xoş əməlləri, Rədd olsun zimistanı-qışı bu məmləkətin, Hər yetənə əyilməz başı bu məmləkətin..
Qoy kimsə zənn etməsin hər ayağa topmuşuq.. Bir yağmur damlasıtək bu torpağa hopmuşuq.. Biz azadlıq odundan qəlpə-qəlpə qopmuşuq, Yoxdan dövlət qurmuşuq, yoxdan bayraq yapmışıq... Haqq işinə göz yumub şaşı,bu məmləkətin.. Hər yetənə əyilməz başı bu məmləkətin.
Oğru,əyiri,dələduz girir cibə,qurtarmır, Ən son ümidi belə vurur dibə qurtarmır.. Döyür qara kağızlar kasıb qapılarını, Ömür qurtarır ancaq müharibə qurtarmır.. Yoxsa Allaha qalıb işi bu məmləkətin, Yox gərək əyilməsin başı bu məmləkətin.
Çox da ki cızılıbdı, min-min məkrli plan.. Susub cəhənnəmə ki,Paris,Moskva, İran, Bu gün haqq mənimlədir ey alçaq sarı ilan.. Ey anası fahişə,atası filan-filan.. Heç zaman çatılmayıb qaşı bu məmləkətin, Hər yetənə əyilməz başı bu məmləkətin..
Bax eyy,qaranlıqların yaxasını sökür dan.. Bir tərəfdə vətəndi,bir tərəfdə ucuz can.. Nə zindan qorxusu var,nə ölüm,nə də ki,qan.. Bizə uğurlar dilə,anamız Azərbaycan.. Qoy doğulsun hər ölən birimizin yerinə- beşi bu məmləkətin.. Hər zaman uca dursun başı bu məmləkətin..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/yarib-kecer-dan-kimi/