Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Yağlı boyunlara kiriş tapmıram,

Ayaz Arabaçı

Yağlı boyunlara kiriş tapmıram, Söhbətə heç cürə giriş tapmıram, Qulpundan tutmağa bir iş tapmıram, Ağrıyır yatmaqdan yanımın canı.

Yığsam da zallardan yağlı çəpiklə, Ölçülür dəyəri beş-üç qəpiklə, Uçulub dağılır bircə təpiklə, Ucuz şöhrətimin, şanımın canı..

Vurun zəncirlərə, taxın şişlərə, Qoşuldu səylərə, görməmişlərə, Bulaşdı bir para sarsaq işlərə, Qalmadı adımın sanımın canı.

Nəyə əl qoydum ki, qannan-iliknən, Həyatdan "beş"umum hansı biliknən, Elə bu, elə bu... Bu mütiliknən, Qoy çıxsın, beləcə canımın canı..

Məni ruhdan soruş, sorma bədəndən, Olsa xəbər yolla gəlib-gedəndən Haqq sözü dilimdə bayraq edəndən- Gedib ey, gedib ey, qanımın canı..

Nə zər tut, əlindən nə zər sal, qaqa, Hər gözdə bir dənə Xəzər sal, qaqa, Arada bizə də nəzər sal qaqa, Sən o yanındakı xanımın canı...

Saytda dərc olunub