Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Xeyir libasında at oynadır şər,

Ayaz Arabaçı

Xeyir libasında at oynadır şər, Artır gündən-günə qara gün artır. Başını tamamən itirib bəşər, Dünyanın qəlbində dağ-düyün artır..

Sual da bahadı,cavab da baha, Bir kədər dolaşır qanımda bumbuz.. Mən heç nə görmürəm üfüqdə daha, Söndü tapındığım sonuncu ulduz..

Əsir həyəcandan ürəyi yerin, Kim çıxır qırğından-qandan danışır.. Üzü tüpürcəkli,bir fikir verin, Nə qədər siyasi qandon danışır..

Yox gərək yeni bir səhifə açaq, Sıxaq bir qurşun da pis əməllərə.. Bu günə-sabaha tələf olacaq, Dünya qovuşmasa təmiz əllərə..

Bekara söhbətdi nə tale,nə baxt, Zamanın ağrısı çatır bizə də. Alçaq adamlara uduzur hər vaxt, Hələ ki,insanlıq mübarizədə..

Şeytanın əlinə oynayır tək-tək, Putin bir qəmişdi, Tramp bir qəmiş.. Bu alçaq adamlar əl çəkməyəcək, Günəş sistemini məhv eləməmiş..

Saytda dərc olunub