Şeir · Azərbaycan
Xəstələnib təbimdəki qəzəllər,
Xəstələnib təbimdəki qəzəllər, Dörd yanımda cövlan edir xəzəllər, Bir gözəlin fanatıydım əzəllər, Fanat kimi məzənnədən düşürəm.
İki qüllab soluğumu alınca, Ağır-ağır söykənirəm balınca, Uçammıram xəyalların dalınca, Qanad kimi məzənnədən düşürəm.
Ömür qoydum xırmanında,vəlində, Aramayın gövhərində,ləlində, Bu torpağın,bu vətənin əlində, Manat kimi məzənnədən düşürəm.
Fikir qəti,inam qəti,yol qəti.. İşıqlıdı ürəyimin niyyəti, Artır hər gün eşşəklərin qiyməti, Mən at kimi məzənnədən düşürəm..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/xestelenib-tebimdeki-qezeller/