Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Ürəyim qabaqkı məhəbbətini,

Ayaz Arabaçı

Ürəyim qabaqkı məhəbbətini, Bir gün uzaqlardan gətir,götürsün. Unutsun əvvəllər nə olubdusa, O dadlı günlərə xətir götürsün..

Sinəm nələr çəkdi o dağlarından.. Bəzən çıx hicranın otaqlarından, Dodağım yüyürüb dodaqlarından, Bir odlu-alovlu sətir götürsün..

Bu qış da qurtarsın,bu yaz da girsin, Payız soldurmuşdu bahar bitirsin, Arılar başını salıb itirsin, Çiçəklər telindən ətir götürsün..

Nə salım könlünə açar eləyib.. Şairin tamamən biçarələyib.. Buludlar gözümü icarələyib, Şəhərə kim çıxsa çətir götürsün..

Saytda dərc olunub