Şeir · Azərbaycan
Təzədən qayıdıb gəlsəm dünyaya,
Təzədən qayıdıb gəlsəm dünyaya, Bu gözəl, bu çirkin, sərsəm dünyaya.. Təzədən könlümü versəm dünyaya, Sən də gələrsənmi mənə qoşulub, Ya ağac, ya bulaq, ya da quş olub?. Eyni bir ulduzun işığı altda.. Allahdan lap azca aşağı qatda.. İlahi bir sirrin anahtarında, İlıq bir küləyin qanadlarında, Gizli bir misrada, qızıl ayədə. Təzə bir kitabda, bir hekayədə. Çevrilib irmağa, bulağa, çaya, Dönüb gələrsənmi bir də dünyaya, Yarımçıq ömrümü tam eləməyə, Bu çığın könlümü ram eləməyə. Baxıb deyərsənmi bu o adamdı. Görmüşəm hardasa bu adamı mən, Gözlərində yağış, saçlarında çən. Tanışdı, doğmadı, uzaqdı, yaddı, Kimdisə, nədisə xatırlayıram. Cavabı "yox" sada xatırlayıram, Cavabı "hə" disə xatırlayıram. Qatar gözlədiyim köhnə vağzalın, Yanında görmüşəm,mən bu adamı. Adamı donduran soyuq yanvarın, Danında görmüşəm mən bu adamı. Uzaqdan nəfəsi toxunub mənə, Ömürlük cəzaya məhkum etməyib, Amma ki, qəfəsi toxunub mənə. Və əgər təzədən doğulsan yenə, Bir payız günündə rast gəlsən mənə. Ömrümə səs kimi hopmağı qoyub, Yenəmi susardın sən o sükutla...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/tezeden-qayidib-gelsem-dunyaya/