Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Təkcə qara deyil ki,

Ayaz Arabaçı

Təkcə qara deyil ki, Bu dünyada rəng elə.. Gördün canın sıxılıb, Götür mənə zəng elə. Götür mənə zəng elə O nəğmələr dilində, Qəmli-qəmli oxunsa.. Lap balaca meh belə, Ürəyinə toxunsa. Götür mənə zəng elə, Qorxma neçə ki,varam. Gözündə bir dənə də, Qara bulud qoymaram. Götür mənə zəng elə, Qaçaq ömrün-taleyin, Baxtın çərçivəsindən. Qaçaq zindana dönmüş, Vaxtın çərçivəsindən.. Götür mənə zəng elə, Sevgi qanadlarında Hara desən vararıq. İkimiz bir olanda, Uçmağı bacararıq. Götür mənə zəng elə, Əlim-əlinə çatsın. Bir görüşək-ağlayaq, Həsrətin tozu yatsın...

Saytda dərc olunub