Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Taqətimiz tükənibdi bizi,

Ayaz Arabaçı

Taqətimiz tükənibdi bizi, Gəl, Hər ağrılıq-hər acılıq eləmə.. Soxuşdurma bal adıyla zəhəri, İlanlara arıçılıq eləmə..

Bir başqa cür olammazsan, gərçi, sən, Çünki, başdan böhtançısan, şərçisən, Nə deyim ki, çərçisən ki, çərçisən, Eləmə də, darıçılıq eləmə.

Girə bilsən kişitək gir meydana, Şir nəfəsi gəlməz itdən, ey,dana.. Başın üstə Allahı gör, şeytana, Bu qədər də, araçılıq eləmə..

Qapılmaqnan xəyallara, sağalmır, Yüz təbib tök ağda qara sağalmır.. Görmürsənmi heç bir yara sağalmır.. Eləmə də, yaraçılıq eləmə..

Yanın-yörən, malın-mülkün, yox olsun, Yediklərin boğazında ox olsun, Bir dəfə də gözün-könlün tox olsun, Bir dəfə də paraçılıq eləmə..

Fil eləyib böyüdürsən gör nəyi... Heç o şeylər yuxumuza girməyib, Beş gündən bir tumanını çirməyib, Üç gündən bir qaraçılıq eləmə..

Saytda dərc olunub