Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Şükür ki, Qubadlı, Zəngilan Ağdam,

Ayaz Arabaçı

Şükür ki, Qubadlı, Zəngilan Ağdam, Füzuli, Cəbrayıl həsrəti bitdi. Ordumuz belini elə qırdı ki, Düşmənin hər yerdə taqəti bitdi.

Sən ey yal tulası,bəsdi daha, sus.. Dikəldi, toplandı bu el, bu ulus, Süni nəfəs verir boş yerə urus, Erməni dünyada tam qəti bitdi.

Dumanlı dağların feyzi açılıb, "Vayfay"ı qoşulub, "feys"i açılıb, Şuşaya avtobus reysi açılıb, Qərib könlümüzün möhnəti bitdi.

Birgə haray qopdu, birgə ün oldu, Vazgenin atası tünbətün oldu, Axır ki, bizə də gün o gün oldu, Gün o gün olsun ki, söhbəti bitdi..

Ruhu ləkələnməz, qəlbi təmizin, Çatsın qulağına hər qitəmizin, Gözü aydın olsun xəritəmizin, Bitdi ey,Qarabağ töhməti bitdi..

Saytda dərc olunub