Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Şirinlikdə sevgilim,

Ayaz Arabaçı

Şirinlikdə sevgilim, Fərz et ki, tutunam mən. Səni mən yaratmışam, Tanrınam- bütünəm mən.

Qapandım hesablara, İynələrə-saplara, Yaz bütün kitablara, Eşqə sübutunam mən.

Möhürünü bas mənə, Toy tutmasın yas, mənə, Bayrağını as mənə, Ən gözəl sütunam mən.

Arısıyam sən gülün, Doğdum külündən-külün, Həm Fərhadam, həm külüng, Həm də Büsutunam, mən.

Doğunda-batındayam, Bir eşqin atındayam, Əlinin altındayam, İlk yardım qutunam mən.

Sözlərimdən incimə, Çox içmişəm bu cümə, Öləndə gir içimə, Qara tabutunam mən..

Saytda dərc olunub