Şeir · Azərbaycan
Sinir sistemini pozublar göyün,
Sinir sistemini pozublar göyün, Buludlar yerində fağır dayanmır.. Papağı deşilib olduğum öyün, Yağış üç gündü ki,yağır,dayanmır.
Mən ya Göy-Göldəyəm,ya Batabatda, Kür kimi kükrəyir Dər nəgül yolu. Köhnə sevgilimtək yağışın altda, Burnunu sallayıb qızılgül kolu.
Kim vurub ağzına qara kilidi, Nə günəş görünür,nə dan sökülür. Elə adamlar da hava kimidi, Hamının üzündən zəhər tökülür.
Dərdimiz çoxalıb,qayğmız artıb, Gözü qan ağlayan yağışmı xoşlar?.. Şou ulduzutək özünü dartıb, Burnunu dik tutub laklı qaloşlar.
Şimşəklər,buludlar verib səs-səsə, Adamlar elə bil suda balıqdı. Əgər axşamacan yağış kəsməsə, Maşınlar hamısı o dünyalıqdı..
Yolum hər tərəfdən dənizə çıxır, Sahilə üzürəm əlimdə kürək.. Şəhər yuyunduqca təmizə çıxır, Saxta təbəssümlə ulayır külək..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/sinir-sistemini-pozublar-goyun/