Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Səni bir daha gördüm,

Ayaz Arabaçı

Səni bir daha gördüm, Qəmli,gözəl...və ciddi. Gözündəki damlalar, Ürəyimi incitdi. Yeridiyin səkiyə, İki kölgə sərildi. Dodaqların titrədi, Təbəssümün gərildi. Örtdün məni görəndə, Üzünü əllərinlə. Gizlədin bir andaca, Özünü əllərinlə.. Qırılsa da əlində, Könlümün sarı simi. Nəfəs belə dərmədim, Sənə çatana kimi. Nə var-nə yox elədim, Maraqlandım işinlə. İsindim yanvar günü, Soyuq nəvazişinlə. Bilirdinmi hələ də, Yadımdasan nələrlə?.. Qaçdı-tutdu oynadım Sənli xatirələrlə. Bir anda-bircə anda, Nələr yaşadım düşün.. Milyonlara dəyərdi, O məsum görünüşün..

Saytda dərc olunub