Şeir · Azərbaycan
Sən könlümə bircə dəfə qonaq gəl,
Sən könlümə bircə dəfə qonaq gəl, Gör nə qədər oxunmamış bəstə var. Mən gələrdim,amma heç cür alınmır, Ətrafında bir keçilməz dəstə var..
Gözüm seçmir,ağ hansıdı,al hansı, Dodağının yağ hansıdı,bal hansı.. Nizamdadı bu sevginin balansı, Yolumuzda xeyir də var,nəs də var..
Qılıncnanmı...al canımı yox,oxla.. Qardaş olsun qoy sinəmdə ox-oxla, Bacardıqca ürəyimi çox oxla, Hələ canım neçə belə qəsdə,var..
Buralarda nə çəkirəm bilirsən, Məni yenə özgələrə bölürsən, Oralarda kimə görə ölürsən, Yəni sənə,məndən əziz kəs də,var?..
Bir də getmə uzaqlara qoşulub, Ağlamışam uşaqlara qoşulub.. Heç bildinmi uçaqlara qoşulub, Səmalarda batıb gedən səs də var..
Basıb keçər qoca dünya belədi, Zaman üzü küləyədi-yelədi.. Bir gün baş çək bəlkə ölüb-elədi.. Yataqlarda bir sağalmaz xəstə var..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/sen-konlume-birce-defe-qonaq-gel/