Şeir · Azərbaycan
şəkillərini vərəqləməklə məşğulam,
şəkillərini vərəqləməklə məşğulam, məndə heç olmayan albomundan.. yeganə təsəllim ibarətdi bundan. vərəqləyirəm, 16 yaşını tapıram, 18 yaşını tapıram, 20 yaşını tapıram. yığıb dünyanın ən gözəl çiçəklərini ağ atlı oğlan kimi gülüşlərinə doğru çapıram. saçlarını bir ayrı oxşayıram, gözlərini bir ayrı oxşayıram... bir ayrı oxşayıram əllərini. çılğına dönürsən hər kəlmədən. qışqırıram sənə, səni sevdiyimi var gücümlə, qulaqlarına rəhmim gəlmədən.. mənimçün hər yer pəncərədi, hamısından sən baxırsan ağlamış, qızarmış gözlərlə.. Mən səni ovuduram işığı heç sönməyən sözlərlə.. xəyalən şəkillərini vərəqləyirəm məndə heç, olmayan albomundan. yeganə təsəllim ibarətdi bundan...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/sekillerini-vereqlemekle-mesgulam/