Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Səhra...

Ayaz Arabaçı

Neçə illərdi səhrada tər tökürəm, Çarpışıram on əllə,iyirmi qanadla. Hərdən dəvəmə minib enirəm şəhərə atla Orda da Arzularım tərs gəlir dollarla,manatla. Səhrada xain tülkülər var,eşşək kimi anqırırlar.. Bir də tülkü kimi eşşəklər var dəvələrin ürəyini qırırlar. Burda səhranın taleyini piy basıb. Yazmağa əlim gəlmir, bütün hekayələri iy basıb. Karvan-karvan buludları quzğunlar qabaqlarına qatıb aparıb tökür dənizə. Ona görə də bir damcı yağış köpəyoğlu düşməyir bizə. Mən burda çox vaxt qarışqa yuvalarına çöp soxuram. Axşam düşəndə ulduzlara moizə oxuram. Səhradı də,burda da bayquşların səsi gurdu. Neçə dəfə həyat at kimi üzümə durdu. Amma mən kişnəmədim. Hələ bir şəklim yoxdu Dalay Lamaynan.. Burda səhrada bircə mənəm günəşi salamlayan. Bəzən bir saksaul kolunu qucaqlayıb xəstə anamı xatırlayıb ağlayıram. Ürəyimdə yalvarmadığım həkim qalmır, dərman qalmır. Ağlayıram,bağırıram,sürünürəm can qalmır...

Saytda dərc olunub