Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Səhər-səhər nə düşübdü ağlına,

Ayaz Arabaçı

Səhər-səhər nə düşübdü ağlına, Qımışırsan altdan- altdan bicbala. Kəkotulu çayımızı dəmləyib, Oturmuşuq qulağımız dinc bala.

Elə süzmə gözlərini badamı, Pozmamışam qoruğumu-qadamı, Elədiyi bircə səhvnən adamı, Millət tutub linc eləyər, linc bala.

Neçəsi var şöhrət qırır, şan qırır, Dayanmadan qəlb sındırır, can qırır. İllərdi ki, üstümüzə anqırır, Sənin kimi neçə- neçə gic, bala,

Sözlərimi sol daşına qoyubsan, Yəqin çoxdan yaddaşına qoyubsan, Bir halda ki, boş başına qoyubsan, Sən də dur get qeydiyyatdan keç bala.

Dilədiyin söz Məziyə çıxarmı, Qanın batsa gör, təziyə çıxarmı, Ağlı olan tərəziyə çıxarmı, Dəmiryumruq Müzəffərnən heç bala.

Məslhət al, gör nə deyir meri tap, Alınmasa yol qalırmı geri, tap, Sən əvvəlcə başın girən yeri tap Heç bilmirsən o çom, idyot reç bala.

Çoxları var, yarasına basdığım, Olmayıbdı daşdan yumşaq yasdığım Bu bir ağıl duasıdı yazdığım, Bir stəkan suya salıb iç bala.

Saytda dərc olunub