Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Saxtalıq çürümüş genimizdədi,

Ayaz Arabaçı

Saxtalıq çürümüş genimizdədi, Nə ABŞ düzəldib,nə Çindən çıxıb. Qızara-qızara gülümsəyirik, Hamı bir yalanın peçindən çıxıb.

Kəsilmir onsuz da bu mənfur qoxu, Bir az oksigendi bu şeir,oxu! Ağzını açanda bilirəm, çoxu- Ya şeytandan doğub,ya cindən çıxıb.

Kimə kür düşəsən,asi olasan.. Vuran da yoxdu ki,hasil olasan.. Hansı cəhənnəmə vasil olasan, İlahi,bu dərdin köçündən çıxıb.

Haqnan uğraşıram içimdə haqnan, İşim yox yalançı dəfə-daraqnan, Üstümə gəlməyin belnən-oraqnan, Ürəyim əkindən-biçindən çıxıb..

Öskürdüm astadan balaca,öhö.. Ürəyim bulandı görəndə ö..ö Gəlin burnunuzu aparın müsyö.. Şəxsi işlərimin içindən çıxıb..

Saytda dərc olunub