Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Saxlayıb,

Ayaz Arabaçı

Saxlayıb, pasportumu öz doğma vətənimdə, alıb yoxlayan rusun, Birbaşa gözlərinin içinə tüpürərəm. Özümü zibil kimi dünyadan süpürərəm. Mən Şuşaya getmərəm.. Getmərəm o şəkildə, O şəkildə getmərəm. Odlanaram, yanaram piltə-piltə, getmərəm. O murdar ayaqların qəlbimin tellərini tapdadığı torpağa qədəmimi basmaram. Rus baxıb görsün deyə boynumdan kimliyimi xalta kimi asmaram. Hər əbləhin önündə Madyan kimi irişib, toyuq kimi yasmaram. Getmərəm o şəkildə,mən Şuşaya getmərəm. Babəkin tarixdəki şanından utanaram, Sübhün üzümə doğmuş danından utanaram.. Buradək yaşadığım ömrün hər saatından, anından utanaram.. Şəhid balalarımın O dağlarda hələ də gün vuranda buğlanan qanından utanaram. Getmərəm o şəkildə Şuşaya heç bir zaman. Mən onsuz da Şuşada buludlarla olmuşam, İçimdəki sönməyən umudlarla olmuşam.. Bahar nəsimi kimi üfüqlərə baş vuran qanadlarla olmuşam..

Saytda dərc olunub