Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Sarsıdammaz könlündəki baharı,

Ayaz Arabaçı

Sarsıdammaz könlündəki baharı, Lap min yol da şaxta olsun, qar olsun. Burax getsin cilovunu atının, Kimin yeri dar olursa dar olsun.

Uca Tanrı sınamasın ruzidə, Sarsılmasın sağlamlığın uzi-də, Qanamasın bir arzunun dizi də, Çiçəklərin düymələnib nar olsun.

Səngərini tərk eləmə, tərk, dayan, Çoxdu sənə ərk eləyən, ərk, dayan, Çinar kimi öz kökündə bərk dayan, Kor olanlar, bir də dönüb kar olsun.

Söykəmisən həqiqətə kürək, sən, Bu dünyaya sevgin ilə gərəksən, Bir sinədə neçə-neçə ürəksən, Ömrün boyu tale sənə yar olsun.

Davam elə, sınma yaşın önündə, Adın vardır hər savaşın önündə, Əyilmədin bir oğraşın önündə, Arabaçı, gözün-könlün var olsun..

Saytda dərc olunub